İsrailin ən böyük hava limanı olan Ben Qurionda işçilər ölkədəki məhkəmə islahatlarına etiraz olaraq uçuşları dayandırıblar.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Tətilin başladığını İsraildə hava limanları işçiləri həmkarlar ittifaqının rəhbəri Pinças İdan elan edib: “Mən hava limanında uçuşları dərhal dayandırmağı əmr etdim”, - nəşr İdanın sözlərini sitat gətirib.
Həmkarlar ittifaqı izah edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarının ləğvini elan etməsə, tətil bu gün, martın 27-də başlayacaq.
O da qeyd olunub ki, Ben Qurion hələlik yalnız hava limanına yola düşmüş təyyarələri qəbul edəcək.