“Qüdsdə Knesset (İsrail parlamenti) binası qarşısında etiraz edən bir neçə nümayişçi binanın içinə daxil ola bilib”.
Bu barədə İsrailin "Kanal 12" televiziyası məlumat yayıb.
Bu saatlarda Qüdsdə Knessetin binası qarşısında hökumət əleyhinə böyük mitinq keçirilir. Nümayişçilər Baş nazir Benyamin Netanyahuya, onun başçılıq etdiyi hökumətə və onun ölkənin məhkəmə sistemində təklif etdiyi islahatlara etiraz edirlər.
Etirazların geniş vüsət almasına səbəb məhkəmə sistemində islahatların dayandırılmasının lehinə açıq şəkildə çıxış edən müdafiə naziri Yoav Qalantın martın 26-da Netanyahu tərəfindən istefaya göndərilməsi olub.