ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişir

ABŞ rəhbərliyi Ukraynadakı müharibəyə münasibətini daha az ehtiyatlı və daha sərt istiqamətə dəyişir və indi Kiyevin Rusiya Federasiyası ilə qarşıdurmada qalib gələcəyinə və itirilmiş əraziləri geri alacağına ümid edir.

 

Bu barədə “The Times” ABŞ Prezident Administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə istinadən yazır.

 

Onun sözlərinə görə, məqsəd Ukraynanın “suverenliyini və müstəqilliyini” təmin etməkdir ki, bu da itirilmiş ərazilərin qaytarılması deməkdir.

 

Nəşr diqqəti bir müddət əvvəl ABŞ Prezidenti Cozef Bayden və onun ətrafının Ukrayna və NATO-nun “nüvə dövləti ilə məşğul olduğunu” xatırladaraq, eskalasiyadan yayınmağa çalışmasına yönəldir. Lakin son vaxtlar NATO Kiyevi getdikcə daha müasir silah və zirehli texnika ilə təmin edərək daha qətiyyətli davranmağa başlayıb.

 

“Report” xatırladır ki, əvvəllər Vaşinqton da Rusiya üzərində qələbədən deyil, Ukraynaya ən güclü danışıqlar mövqeyini təmin etməkdən danışmağa üstünlük verirdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.