Böyük Britaniya Suriyaya yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya və ABŞ Suriyada Bəşər Əsəd hakimiyyətinə yeni sanksiyalar tətbiq edib.


Yeni sanksiyalar 57 milyard dollar dəyərində olduğu təxmin edilən qeyri-qanuni kaptaqon ticarətinə görə məsuliyyət daşıyan şəxslərə tətbiq edilib.


Kaptaqon, bütün Yaxın Şərqdə istifadə edilən və dünya tədarükünün 80%-i Suriyada istehsal olunan yüksək dərəcədə asılılıq yaradan amfetamindir.


Bildirilib ki, Suriya hakimiyyəti bu ticarətdə yaxından iştirak edir və Latakiya limanı vasitəsilə kaptaqon digər ölkələrə daşınır.


Məlumatda Prezident Bəşər Əsədin qardaşı Maher Əsədin Suriya ordusunun bölməsinə komandanlıq etməsinin narkotikin paylanması və istehsalını asanlaşdırdığı vurğulanıb.


Böyük Britaniya və ABŞ bu ticarətlə məşğul olan şəxslərə qarşı koordinasiyalı sanksiyalar tətbiq edib. Böyük Britaniyanın sanksiya siyahısında narkotik istehsalçılarına ticarəti asanlaşdıran yüksək rütbəli rejim məmurlar və Yaxın Şərq ticarətinə cavabdeh olan Hizbullahın əsas tərəfdaşları var. Buraya tanınmış iş adamları, milis liderləri və Bəşər Əsədin qohumları daxildir. Sanksiyalarla müvafiq şəxslərin aktivləri dondurulub və Böyük Britaniyaya səyahətləri qadağan edilib.


Prezidentin qohumları Samer Kamal Al Asad, Vasim Badia Əl Əsəd də sanksiyaya məruz qalanlar arasındadır.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.