Parisdə növbəti iğtişaşlar: “MAKRON, RƏDD OL!”
VİDEO

Parisdə pensiya islahatına qarşı növbəti ümummilli aksiya keçirilir.


Senzor.az bildirir ki, aksiyada onminlərlə insan iştirak edir.

 

Etirazçılar “Təqaüdlərimizə toxunma”, “Makron, rədd ol!” şüarları səsləndirirlər.

 

Bu arada Volter bulvarında polis qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Nümayişçilər polisə müxtəlif sərt predmetlər atmağa başlayıblar.

 

Polis cavabında aksiya iştirakçılarına qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Artıq 22 nəfərin saxlanıldığı bildirilir. 

 

Bordo, Tuluza, Lion və Nant şəhərlərində də etirazlar fonunda qarşıdurmalar baş verib. Məlumata görə, bu gün bütün ölkə üzrə aksiyalarda iştirak edənlərin sayı 516 minə çatıb.

 

Xatırladaq ki, Fransadakı iğtişaşların növbəti dalğası martın 16-da ölkənin baş naziri Elizabet Born pensiya yaşının 62-dən 64-ə qaldırılmasını elan edəndən sonra başlayıb. Müvafiq qanun parlamentin aşağı palatasında səsvermədən yan keçməklə qəbul edilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.