Yunanıstanda İran terrorçularının yəhudilərə hücumunun qarşısı alındı
“MOSSAD”IN KÖMƏYİ İLƏ

İsrailin “Mossad” təşkilatı bəyan edib ki, onun kəşfiyyat məlumatlarının köməyi ilə Yunanıstanın təhlükəsizlik xidməti bu ölkədə İrana məxsus şəbəkənin terror aktının qarşısını almağa müvəffəq olub.

 

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. 

 

Yunanıstan Baş nazirinin ofisi də “Mossad”ın köməyi ilə İranın terror şəbəkəsinin ifşa edildiyi barədə məlumatı təsdiqləyib. Qeyd olunub ki, İsrailin kəşfiyyat agentliyi yunanıstanlı həmkarlarına İranın əməliyyat planlarını təhlil etmək, terror təşkilatının əsas metodlarını aşkarlamaq sahəsində yardım göstərib.

 

“Mossad”ın bəyanatında deyilir ki, iranlı terrorçular Yunanıstandakı yəhudiləri hədəf alıblar. Onların digər ölkələrdə də İsrail nümayəndəliklərinə qarşı terror aktları törətmək planları var. “Mossad”, eyni zamanda, İranın Yunanıstandakı terror şəbəkəsi ilə qlobal terror əməliyyatları arasında əlaqəni müəyyən etməyə də kömək edib. Biz tərəfdaşlarımızla birlikdə İranın dünyada sabitliyə zərbə vurmaq niyyətinin qarşısını almaq istiqamətində fəaliyyətimizi yorulmadan davam etdirəcəyik”, - deyə bəyanatda bildirilir.

 

“The Jerusalem Post” bildirib ki, İranın terror şəbəkəsi Afinadakı yəhudi sinaqoquna hücum planı hazırlayıb. Bu sinaqoq Yunanıstan paytaxtının mərkəzində yerləşir və eyni zamanda, restoran kimi də fəaliyyət göstərir. Yunan mətbuatının yazdığına görə, terror hücumunu İranda təlim keçmiş və pulla ələ alınmış əcnəbi terrorçular həyata keçirəcəkmiş. “Katimerini” qəzeti yazır ki, terrorçular odlu silah tapa bilmədiyindən, sinaqoqa qaz balonu ilə hücum etməyi planlaşdırıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.