İranın şimal-şərqində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 83 min nəfərə yaxın əhalisi olan Şirvan şəhərindən 13 km şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.