Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib.
Bu barədə Associated Press məlumat yayıb.
Vatikan 86 yaşlı Papanın Gemelli klinikasına getməsi ilə bağlı təfərrüatları açıqlamayıb, ancaq bunun “əvvəlcədən planlaşdırıldığını” qeyd edib.
Xatırladaq ki, 2021-ci ilin yayında Fransisk Gemelliyə yerləşdirilmişdi. O, bağırsaq əməliyyatı olmuş və 10 gün klinikada yatmışdı.