"ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”
Ağ Evin sözçüsü

“ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”.


Bunu Ağ Ev-in Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi mətbuat konfransında bildirib.


O, İsrailin Baş naziri Benyamin Netanyahunun məhkəmə sistemində islahatlarla bağlı müxalifətlə geniş miqyasda razılıq əldə etdiklərini alqışlayıb: “İsraillə ABŞ arasında münasibətlər möhkəmdir Netanyahu və ABŞ Prezidenti Cozef Bayden bir-birinə hörmət edir”.


ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vidant Patel müxbirin İranla bağlı suallarını cavablandırarkən deyib: “Biz hələ də diplomatiyanın məqsədə çatmaq üçün ən yaxşı yol olduğuna inanırıq. Ancaq heç bir variantı aradan qaldırmadığımızı və masanın üstündə olduğunu açıq şəkildə bildirmişik”.


O, daha sonra İranın davranışına işarə vuraraq əlavə edib: “Bizim diqqətimiz Ukraynanın mülki infrastrukturuna hücum üçün istifadə edilən İranın Rusiyaya göndərdiyi hərbi texnika, insan hüquqlarının pozulması, repressiyadır”.


V.Patel “rəsmi Tehran dialoq qapısını bağlasa, Vaşinqtonun hansı variantı var” sualını belə cavablandırıb: “Nüvə sazişi bizim gündəmimizdə deyil, ancaq bunun qarşısını almaq üçün ixtiyarımızda çoxlu alətlər var”.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.