ABŞ dövlət katibi Entoni Blinken Rusiyada yaşayan və ya Rusiyaya səfər edən Amerika vətəndaşlarına dərhal bu ölkəni tərk etmələri barədə rəsmi müraciət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ dövlət katibi bu bəyanatı “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçin həbsi fonunda verib.
Blinkenin sözlərinə görə, Dövlət Departamentinin əsas prioriteti ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyidir: “Biz Rusiya Federasiyası ərazisində ABŞ vətəndaşlarını təhdid edən təhlükə ilə bağlı ciddi xəbərdarlıqlarımızı təkrar edirik. Rusiya Federasiyasında yaşayan və ya Rusiyaya səyahət edən Amerika vətəndaşları səyahət tövsiyələrində nəzərdə tutulduğu kimi dərhal ölkəni tərk etməlidirlər".