“Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır”.
“Ukrinform” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşdə deyib.
O bildirib ki, Ukraynaya ağır texnika lazımdır: “Qərb silahlarının tədarükü sayəsində Ukrayna Silahlı Qüvvələri döyüş meydanında uğurla çıxış edir. Bununla belə, biz əks-hücum əməliyyatına hazırlaşırıq. Ona görə də Ukraynaya ilk növbədə ağır texnika lazımdır”.
Nazir, həmçinin Ukraynanın NATO və Avropa İttifaqına üzv olacağına inamını ifadə edib: “Bu, beynəlxalq təhlükəsizlik üçün lazımdır. Bu gün NATO üçün əsas təhlükə Rusiyadır”.
Görüş zamanı Aİ nümayəndə heyəti Ukraynaya dəstəyini ifadə edib.(“Report”)