İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşavirlərindən biri Milad Heydəri öldürülüb. O, İsrailin Dəməşqə hücumu nəticəsində məhv edilib.
Bu barədə Tasnim agentliyi SEPAH-a istinadən məlumat yayıb.
Xatırladaq ki, İsrail martın 31-nə keçən gecə Suriyaya zərbələr endirib.
İddia olunur ki, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail hərbçilərinin Qolan təpələrindən atdığı bəzi raketləri vura biliblər.