İranın Fars əyalətinin əhalisi 35 min civarında olan Mehr şəhərindən 29 km cənub-şərqdə 5,1 maqnitudalı zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanın ocağı 2 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.