İsraildə yenidən kütləvi etiraz aksiyaları keçirildi
VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahunun məhkəmə islahatları layihəsinin təsdiqini ən azı yaya qədər dayandırmaq qərarına baxmayaraq, müxalifət şənbə günü növbəti dəfə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etiraz aksiyası ötən həftələrdə oluğu kimi, Təl-Əvivdə keçirilib.

 

Nümayişçilər əvvəlcə şəhərin mərkəzi bulvarları boyu məşəl və pirotexniki vasitələrlə böyük yürüş keçirib, burada hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər. Minlərlə etirazçı “İsrail diktatura deyil”, “Demokratiya ya üsyan” şüarları səsləndiriblər. Yürüş şəhərin şərqində hökumət binaları kompleksinin yaxınlığında başa çatıb.

 

Qeyd edək ki, İsraildə artıq 13-cü həftədir ki, müxalifətin kütləvi etirazları keçirilir. Təl-Əvivdəki ən böyük mitinqlə yanaşı, bir çox başqa şəhərlərdə də nümayişlər keçirilib. O cümlədən Hayfada böyük mitinq keçirilib. Ümumilikdə, təşkilatçıların dediyinə görə, bu axşam mitinqlər ölkənin 150 müxtəlif yerində baş tutub.

 

Aksiyalarda iştirak edənlər arasında həbs olunanların olduğu bildirilir.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.