ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Lavrov və Blinken “Voll Strit Jurnal”ın müxbiri Evan Qerşkoviçin saxlanmasını müzakirə ediblər.
Blinken Rusiya tərəfindən jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib.
"Lavrov Qerşkoviçlə bağlı məsələdə Rusiya hakimiyyətinin qərarlarına hörmət edilməsinin vacibliyinə yönəldib. O və ABŞ dövlət katibi ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə də toxunublar", - deyə məlumatda bildirilib.
Lavrov Blinkenə deyib ki, Vaşinqton və Qərb mediasının Qerşkoviç işinə siyasi çalar vermək niyyəti ilə ajiotaj yaratması qəbuledilməzdir, Qerşkoviçin sonrakı taleyini məhkəmə müəyyən edəcək.