Monteneqroda prezident seçkilərində Yakov Milatoviç qalib gəldi

Monteneqroda keçirilən prezident seçkilərinin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçicilərin 60 faizinin səsini toplayaraq qalib olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Monteneqronun hazırkı Prezidenti Milo Cukanoviçin səs nisbəti isə 40 faizdir. 

 

Müşahidə və Tədqiqat Mərkəzinin (CEMI) açıqladığı nəticələrə görə, səslərin 98 faizi hesablanıb, seçkidə seçici fəallığı isə 70,6 faiz olub.

 

37 yaşlı Yakov Milatoviç seçki kampaniyasında ölkədə həyat səviyyəsinin yüksəldilməsinin və Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, hazırkı Prezident Milo Cukanoviç səlahiyyət müddəti mayın 19-da başa çatır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.