NATO ölkələri indiyədək Ukraynaya 65 milyard avro yardım edib.
Xarici KİV xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, aprelin 4-5-də NATO-nun xarici işlər nazirləri Ukraynaya çoxillik dəstək proqramının hazırlanmasının başlanmasını müzakirə edəcəklər: “Alyansın məqsədi gələcəkdə belə silahlı təcavüzün təkrarlanmaması üçün Ukraynanın müdafiəsini təmin etməkdir”.
Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müzakirələrdə iştirak edir.
Aprelin 4-5-də isə Brüsseldə NATO XİN başçılarının toplantısı olacaq.(“Report”)