Norveç Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Xarici KİV xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, sanksiya siyahısına 87 nəfər və 34 hüquqi şəxs daxil olunub.
“Bu sanksiyalar Avropa İttifaqının 2023-cü il fevralın 25-də qəbul etdiyi onuncu sanksiyalar paketini tam əks etdirir. Norveç bəzi dəyişikliklərlə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub”, - sənəddə qeyd edilib.
Ümumilikdə, Norveç artıq rusiyalı 1678 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.(“Report”)