Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen arasında telefon danışığı olub.
Ukrayna KİV xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı teleqramda məlumat verib.
Tərəflər Ukraynaya dəstək üçün gələcək addımları, xüsusən də Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin hazırlanmasını müzakirə ediblər.