Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun iyulda keçiriləcək sammitinə dəvət olunub.
CNN xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq məlumat verib.
Stoltenberq Alyansın sabitliyi üçün güclü və müstəqil Ukraynanın zəruri olduğunu bildirib.
"Biz iyulda Vilnüsdə keçiriləcək sammitimizdə Prezident Zelenski ilə görüşməyi səbirsizliklə gözləyirik", - Stoltenberq qeyd edib.
Baş katib vurğulayıb ki, Ukrayna Rusiyanın başladığı müharibədə qələbə qazandıqdan sonra Şimali Atlantika Alyansına qoşulacaq.