İsveç polisinin Quranın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası yoxdur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İsveç İnzibati Məhkəməsi dünən aksiya təşkilatçılarının müraciətinə baxdıqdan sonra belə qənaətə gəlib.
Bununla əlaqədar, polis idarəsinin Quranın yandırılmasını qadağan edən qərarı məhkəmə tərəfindən ləğv edilib.
Qeyd edək ki, yanvarın 21-də sağçı ekstremist “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında Quranı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb olmuşdu.