Polşanın kənd təsərrüfatı və ərzaq naziri Henrik Kovalçik tutduğu vəzifədən getdiyini açıqlayıb.
Bu barədə “Gazeta.pl” yazır.
“Mən artıq qərar vermişəm. Fermerlərin əsas tələbinin Avropa Birliyi tərəfindən yerinə yetirilməyəcəyini görüb kənd təsərrüfatı naziri vəzifəsindən istefa verdim” - o bildirib.
Nəşr qeyd edib ki, istefa Polşaya böyük miqdarda tədarük edilən və ölkə xammalının qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salan Ukrayna taxılının problemi ilə bağlı ola bilər. Polşalı fermerlər nəzarətsiz taxıl idxalına etiraz ediblər.
Belə ki, idxal olunan taxılın böyük hissəsi hökumətin iradəsinə zidd olaraq Polşada qalır və bu da yerli istehsalçıların itkisinə səbəb olur.