Çin Sədri Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron Pekində keçirilən danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər.
Bunu liderlər görüşün nəticələrinə dair keçirilmiş mətbuat konfransı zamanı bildiriblər.
Si Cinpin qeyd edib ki, Ukrayna məsələsi ilə bağlı danışıqlar tez bir zamanda bərpa olunmalı və qısa vaxt ərzində sülh təmin edilməlidir.
Bununla yanaşı Çin lideri ölkəsi və Fransa adından beynəlxalq ictimaiyyəti Ukraynada müharibəni qızışdırmaqdan çəkinməyə çağırıb: “Pekin Parislə birlikdə dünya ictimaiyyətini Ukrayna məsələsində rasionallığa və təmkinli olmağa çağırır”.
Fransa Prezidenti isə öz növbəsində Si Cinpinə müraciət edərək, Rusiya tərəfini sağlam düşüncəyə qaytarmağa və hamını danışıqlar masasına oturtmağa çağırıb: “Ukrayna ərazilərinin bir hissəsi Rusiyanın nəzarətində olduğu müddət ərzində Avropada təhlükəsizliyin təmin edilməsi arxitekturası mümkün deyil və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir”.(APA)
**12:56
Fransa prezidenti Emmanuel Makron Çin Xalq Respublikasının prezidenti Si Cinpin ilə görüşüb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, Makronun gəlişi münasibətilə qarşılanma mərasimi keçirilib.
Xinhua xəbər verir ki, yerli vaxtla günün ikinci yarısında Si Cinpin Makronla görüşüb. Onun sözlərinə görə, görüş Xalq Məclisi Evində baş tutub. Görüşün təfərrüatları barədə hələ ki, məlumat verilməyib.