Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, Ukrayna və Polşa 125 millimetr kalibrli tank mərmilərinin birgə istehsalı barədə razılığa gəliblər.
Bu barədə nazir özünün Telegram kanalında yazıb.
Nazirin sözlərinə görə, razılıq Ukrayna prezidenti Vladimir Zelenskinin Polşaya səfəri zamanı əldə olunub. Memorandumu Ukrayna dövlət holdinqinin direktoru və Polşa istehsalçısının rəhbərliyi imzalayıb.
O əlavə edib ki, nazirliyin vəzifələrindən biri həm Ukrayna müəssisələrində, həm də xarici tərəfdaşlarla birgə mərmi istehsalının artırılmasıdır.