Si Cinpin: Çin Tayvan məsələsində güzəştə və kompromisə getməyəcək

ÇXR Sədri Si Cinpin Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen ilə görüşündə Çinin Tayvan məsələsində güzəştə və kompromisə gedəcəyini gözləməyi “yerinə yetməyəcək arzular” adlandırıb.

 

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

 

“Kim ÇXR-in Tayvan məsələsində güzəştə və kompromisə gedəcəyini gözləyirsə, öz ayağına güllə atmış olur. Bütün bunlar yerinə yetməyəcək arzulardır”, - deyə Si Cinpin bildirib. 

 

Onun sözlərinə görə, Çin hakimiyyəti və xalqı ada ətrafında səs-küy qaldırılmasına qarşıdır. Tayvan məsələsi Çinin əsas maraqlarının təməlində dayanır.

 

Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən bəri müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan etibarən ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvanı ÇXR-in əyalətlərindən biri hesab edir.

 

2022-ci ilin avqustunda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.

 

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Fransa Prezidenti Emmanuel Makron hazırda Çində səfərdədir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.