İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri aprelin 13-də Xəzər dənizində hərbi parad keçirəcək.
Bu barədə İranın "Farsnews" agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, Xəzər dənizi və Fars körfəzində keçiriləcək hərbi dəniz paradı "Fələstinə dəstək, İsrailin hərəkətlərini pisləmək" məqsədi daşıyır.
Paradda 2500-dən çox hərbi qulluqçunun iştirak edəcəyi qeyd olunub. Detallar açıqlanmayıb.
ABŞ hərbçiləri və İsrail kəşfiyyatı isə bu arada SEPAH aerokosmik qüvvələrinin Fars körfəzi və Ərəbistan dənizində İsrailin ticarət gəmilərinə pilotsuz təyyarə hücumu hazırladığı barədə məlumat yayıblar.
Senzor.az