ABŞ Strateji Komandanlığı aprelin 11-də illik nüvə komandanlığı və nəzarəti təliminə başlayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələri məlumat yayıb.
Təlimlərə bütün strateji komandanlığın, eləcə də Britaniya və digər müttəfiqlərin şəxsi heyəti cəlb olunacaq.
Təlimlərin məqsədi nüvə hazırlığını gücləndirmək, təhlükəsiz və etibarlı strateji çəkindirmə qüvvələrini təmin etməkdir.