Moldova Prezidenti Maya Sandu hesab edir ki, onun ölkəsinin NATO-ya daxil olması referendumdan sonra mümkün ola bilər, lakin hazırda bu mövzuda referendum keçirilərsə nəticə mənfi olacaq.
Bu barədə Moldovanın dövlət başçısı ProTV-yə müsahibəsində deyib.
Maya Sandu bildirib ki, Moldova Respublikasının əhalisi hazırda NATO-ya üzv olmaq ideyasını dəstəkləmir.
"Vətəndaşlar bunu istəməlidir, çünki bu, Konstitusiyanın dəyişdirilməsi deməkdir və bu, referendum yolu ilə edilməlidir. Amma bu gün sorğulara nəzər salsaq görərik ki, neytrallığın dəyişməsinə böyük dəstək yoxdur", - Prezident vurğulayıb.(APA)