Fransanın hüquq-mühafizə orqanları cümə axşamı Parisdə pensiya islahatlarına qarşı etiraz edənlərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Bu barədə TASS məlumat yayıb.
Nümayişçilər bankların və mağazaların şüşələrini sındırıblar.
Onlar, həmçinin LVMH (Louis Vuitton Moet Hennessy) şirkətinin Paris ofisinə daxil olaraq müəssisəyə od vurublar.
Məlumata görə, polis tərəfindən azı 15 nəfər saxlanılıb.
Qeyd edək ki, cümə axşamı Fransada 12-ci ümummilli tətil və nümayişlər günü baş tutub. Paytaxtla yanaşı, ölkənin iri şəhərlərində də kütləvi nümayişlər keçirilib. Etirazçılar Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan hökumətin pensiya islahatlarından narazılıqlarını bildirir və onun ləğvini tələb edirlər.