Fransanın Moskvadakı səfirliyinə içərisində sümüklər olan bağlama göndərildi - KRIMDAN "HƏDİYYƏ"

Fransanın Moskvadakı səfirliyinin ünvanına Krımdan mərhum italyan prodüseri Pietro Notarianninin adından içərisində sümüklər olan daha bir bağlama göndərilib.

 

Senzor.az bildirir ki, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, hadisə aprelin 12-də baş verib. Bağlamanı alan səfirliyin əməkdaşı bildirib ki, onun içərisində, ehtimalla, heyvan sümükləri olub. Göndərənin adının yerində isə “Krımdan olan notarius” yazılıb.

 

Agentliyin məlumatına görə, bağlama səfirliyin ərazisindən çıxarılıb, daha sonra ona hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Hazırda yoxlama aparılır.

 

Bu, “Krımdan olan notarius”un Fransa səfirliyinə belə bağlama göndərməsi ilə bağlı ilk hal deyil. Oxşar “yük” eyni ünvana 2022-ci ilin iyununda da göndərilib. Onun içərisində sümüklər, həmçinin 11 cüt ayaqqabı örtüyü və müəllifin bundan əvvəl Krımdan suvenir toplamağa vaxtının olmadığı üçün fransızca üzrxahlıq məktubu olub. Bundan əlavə, səfirliyə eyni göndəricidən dekabr ayında içərisində  ölü siçan və hörümçək olan bağlama daxil olub.

 

Açıq mənbələrdən əldə edilən məlumata görə, bağlamalarda adı yazılan italyan prodüser Pietro Notarianni 2006-cı ilin sentyabrında 80 yaşında vəfat edib. 

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.