Bayden Ledi Qaqaya vəzifə verdi

ABŞ lideri Cozef Bayden müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidentinin mətbuat xidməti məlumat yayıb.

  

Məlumatda vurğulanır ki, Ledi Qaqa (əsl adı Stefani Coann Ancelina Cermanotta) 13-cü “Qremmi” mükafatının sahibidir və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biridir. Daha əvvəl “Time” jurnalı onun adını dünyanın 100 ən nüfuzlu adamının siyahısına daxil edib. Qeyd edilir ki, müğənni xeyriyyəçilik fəaliyyətində və bəzi ictimai kampaniyalarda fəal iştirak edir

 

1982-ci ildə yaradılmış Komitə ABŞ Prezidentinə və hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı tövsiyələr verir. Bayden Komitəyə, həmçinin Bryus Koeni həmsədr təyin edib.

 

Məlumatda o da xatırladılır ki, Ledi Qaqa Baydenin seçki kampaniyası çərçivəsində tədbirlərdə fəal iştirak edib. 2021-ci ilin yanvarında o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.