Özbəkistanın Səmərqənd şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
Bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ikitərəfli görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası zamanı ayrıca təşkil olunub. Danışıqların təfərrüatları hələlik açıqlanmayıb.
Xatırladaq ki, bu gün Səmərqənddə MDB Xarici İşlər Nazirlərinin əvvəlcə məhdud, sonra isə geniş tərkibdə iclası keçirilib. İclasın gündəliyinə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə 10-a yaxın məsələ daxil edilib.