Ukrayna müharibədə həlak olmuş hərbçilərinin meyitlərini Rusiyadan qaytarıb.
UNIAN xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.
Bildirlib ki, daha 82 ukraynalı hərbçinin meyiti Rusiyadan geri alınıb.
Qeyd olunub ki, ölənlərin meyitlərinin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun həyata keçirilib.