Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vyanada ATƏT-in baş katibi Helqa Şmidlə görüşüb.
Bu barədə nazir “Twitter“ hesabında məlumat paylaşıb.
O qeyd edib ki, görüş zamanı H. Şmid ilə Ukrayna və Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib.
**18:31
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşüb.
Bu barədə Çavuşoğlu tviter səhifəsində yazıb.
"Biz iqtisadiyyat, ticarət və mədəniyyət sahəsində əməkdaşlığı davam etdirəcəyik. Görüş zamanı Ukrayna, Suriya və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik", - paylaşımda deyilir.
Çavuşoğlu Türkiyədə baş vermiş zəlzələ zamanı göstərdiyi köməyə görə Avstriyaya təşəkkürünü bildirib.