Fransa: Konstitusiya Şurasının qərarından sonra iğtişaşlar başladı
YENİLƏNİB


Cümə günü Fransa Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq etməsindən sonra bir sıra şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib.

 

Bu barədə BFM telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

 

Bildirilib ki, Parisdə 4 minə yaxın insan etiraz aksiyasına çıxıb. Etirazçıların bəziləri meriya binasının qarşısına toplaşıb, yanğınlar törədiblər. Polis gözyaşardıcı qazdan istifadə edib.

 

Renn şəhərində nümayişçilər polis məntəqəsinə hücum edərək, giriş qapısını yandırıblar. Nantın mərkəzində tramvay relslərində də yanğın törədilib, prefektura binası yaxınlığında etirazçılar polislə toqquşub. 

 

Tuluza küçələrinə isə 2,3 minə yaxın etirazçı çıxıb. Dijon, Strasburq, Marsel və Lion şəhərlərində də nümayişlər keçirilir. Polis bu şəhərlərdə də gözyaşardıcı qazdan istifadə edir.

 

**00:31


Fransa prezidenti Emmanuel Makron pensiya islahatını təsdiq edərsə, həmkarlar ittifaqları onunla görüşdən imtina edəcək.

 

Bunu cümə günü ölkənin aparıcı həmkarlar ittifaqı mərkəzinin, Ümumi Əmək Konfederasiyasının rəhbəri Sofi Binet BFMTV kanalının efirində deyib.

 

“Bütün həmkarlar ittifaqı təşkilatları respublika prezidentini müdrik olmağa, ölkədə baş verənləri başa düşməyə və bu qanunu təsdiqləməməyə çağırır” – o əlavə edib.

 

Binet qeyd edib ki, prezident qanunu təsdiqləsə, həmkarlar ittifaqları onunla görüşməyəcək. “Əgər onu geri çağırsa, biz onunla böyük məmnuniyyətlə dialoqa girəcəyik”, - deyə Ümumi Əmək Konfederasiyasının rəhbəri bildirib. O, həmçinin pensiya islahatlarına etiraz edənləri mayın 1-də tətilə və nümayişlərə çağırıb.

 

Qeyd edək ki, Fransanın Konstitusiya Şurası pensiya islahatını qismən qanuni hesab edib və pensiya yaşının 62-dən 64-ə qaldırılmasını təsdiqləyib. Yerli medianın məlumatına görə, Makron pensiya islahatı haqqında qanunu iki gün ərzində imzalayacaq.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.