Türkiyə istehsalı olan "Bayraktar TB-2" pilotsuz uçuş aparatlarının (PUA) ikinci partiyası Polşaya çatdırılıb.
Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşzak "Twitter"də bildirib.
"Polşa Ordusu üçün daha çox "Bayraktar"lar gəldi. Miroslavtskdakı 12-ci PUA Bazasında həyata keçirilən pilotsuz uçuş aparatlarının sınaqları müsbət yekunlaşıb. İlk dəst 2022-ci ilin oktyabrında təhvil verilib", - nazir bildirib.