BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.
Senzor.az bildirir ki, bunu BMT Baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və BMT-nin Sudandakı Keçid Dəstəyi Missiyasının rəhbəri Volker Pertez deyib.
Onun sözlərinə görə, aprelin 15-də Şimali Darfur ştatının Kabkabiya şəhərində Ümumdünya Ərzaq Proqramının üç işçisi vəzifə borcunu yerinə yetirərkən öldürülüb.