ABŞ Suriyanın şimal-şərqində İŞİD terror təşkilatının ali liderlərindən birinə helikopterlə hücum təşkil edib.
CNN xəbər verir ki, bu gün səhər saatlarında baş tutan hücumla bağlı ABŞ-ın Mərkəzi Komandanlığı məlumat yayıb.
“Biz inanırıq ki, hücum nəticəsində İŞİD-in Suriya lideri və Yaxın Şərqdə və Avropadakı terror hücumlarının əməliyyat planlayıcısı basqın nəticəsində öldürülüb”, deyə Mərkəzi Komandanlığın nümayəndəsi polkovnik Co Buççino bildirib.
Buççino basqın zamanı daha iki silahlı şəxsin də öldürüldüyünü, ABŞ qüvvələri arasnda xəsarət alan olmadığını və helikopterlərə zərər dəymədiyi əlavə edilib.(APA)