Çin lideri Şimali Koreya ilə münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirdi

Çin Sədri Si Cinpin Şimali Koreya lideri Kim Çen Ina teleqram göndərərək, ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirib.

 

Bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

 

Si Cinpin teleqramında qeyd edib ki, KXDR və Çin “mehriban qonşudurlar”. 

 

Bundan əlavə, Çin Sədri dostluq və əməkdaşlığın inkişafına, eləcə də onların daim yeni səviyyəyə yüksəlməsinə kömək etməyə hazır olduğunu bildirib.

 

Vurğulanıb ki, Çin lideri regionda və planetdə sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır.

 

“Report” xatırladır ki, bundan əvvəl Kim Çen In Si Cinpini yenidən Çin Xalq Respublikasının Sədri seçilməsi münasibətilə təbrik edib. KXDR lideri vurğulayıb ki, “iki ölkə sıx dəstək və həmrəyliyi qoruyaraq, sosializmin ümumi işini müdafiə edir və təbliğ edir”. O, ümid etdiyini bildirib ki, KXDR ilə Çin arasında dostluq münasibətləri bundan sonra da “dərinləşəcək və inkişaf edəcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.