İran Prezidenti İbrahim Rəisi Tehrana qarşı hər hansı addım atacağı təqdirdə İsrailə sərt cavab veriləcəyini deyib.
Modern.az xəbər verir ki, Rəisi bu barədə İran silahlı qüvvələri günündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, İrana qarşı hər hansı kiçik hərəkət ordunun kəskin reaksiyasına səbəb olacaq. Rəisi İsrailin hücumuna cavab olaraq Hayfa və Təl-Əviv şəhərlərini dağıtmaqla hədələyib.
İran prezidenti, həmçinin ABŞ-ın Yaxın Şərqdən çıxmasını tələb edib. O, eyni zamanda bildirib ki, İran ordusu təhlükəsizliyin təmin edilməsində maraqlı olan regional dövlətlərlə "əl sıxışır".