“New York Times”ın köşə yazarları David Senqer, Uilyam Broud və Kris Bakli bildiriblər ki, Amerika hakimiyyətinin Rusiya və Çinlə qarşıdurma qərarı nüvə silahının mövcudluğu ilə çətinləşir.
Keçmiş Pentaqon rəsmisi Henri Sokolski deyib: “Biz nə edəcəyimizi bilmirik”. Amerikalı jurnalistlər hesab edirlər ki, Çin öz nüvə potensialını genişləndirmək niyyətindədir və bu, beynəlxalq arenada qüvvələr balansını dəyişəcək.
Məqalədə deyilir: “Kapitolidə Çin arsenalının gələcək genişlənməsinin tamamilə yeni bir yanaşma tələb edib-etməməsi ilə bağlı müzakirələr gedir. Bəzi respublikaçılar START-ın müddəti bitdikdən sonra nüvə potensialını Rusiya-Çin birləşmiş qüvvələrinə tab gətirə biləcək səviyyəyə çatdırmaqdan danışdılar”.
Bir gün əvvəl ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi ABŞ-ın Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq arzusunda olduğunu bildirib. O qeyd edib ki, Vaşinqton ən son silah sistemlərini yoxlamaq üçün texnologiyalar hazırlamağa başlayıb.