Türkiyənin hakim Ədalət və İnkişaf Partiyanın Bahçelievlerdəki ofisinə silahlı basqın edilib.
“Haber Global” bildirir ki, qərargah motosikletdən atəşə tutulub.
Bu barədə partiyanın İstanbul rayon sədri Osman Nuri Kabaktepe məlumat verib.
“Bahçelievler Kocasinan Əlaqə Bürosu qarşısında silahlı hücuma cəhdi şiddətlə qınayıram. Bizim ən böyük təsəllimiz hücumda ölən və yaralananların olmamasıdır”, - deyə o bildirib.
Xatırladaq ki, aprelin 20-də Ədalət və İnkişaf Partiyasının Adananın Çukurova mahalındakı binasına da silahlı hücum olub. Binanın qarşısına gələn silahlı şəxs partiya qərargahına atəş açıb.