Niderland Sudandakı səfirliyini bağlayıb və vətəndaşlarını ölkədən təxliyə etmək üçün səylər göstərir.
Bu barədə Niderlandın xarici işlər naziri Vopke Hukstra tviter hesabında məlumat verib.
Nazir həmçinin milli parlamentə göndərdiyi məktubda qeyd edib ki, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və beynəlxalq tərəfdaşlarla birlikdə vətəndaşların Sudandan çıxarılması üçün səylər göstərir. Söhbət təxminən 150 nəfərdən, o cümlədən altı diplomatdan gedir.
Səhər onlara yalnız sənədləri, dərmanları və ən zəruri əşyaları götürərək evakuasiyaya hazırlaşmaq lazım olduğu barədə məlumat verilib. Təxliyənin vaxtı və yeri təhlükəsizlik baxımından gizli saxlanılır.(“Report”)