Bazar ertəsi Sakit okeanda Yeni Zelandiyanın Kermadec arxipelaqı yaxınlığında 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
TASS bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, təbii fəlakətin episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 33,6 km dərinlikdə olub.
Zərərçəkən və dağıntılar barədə məlumat yoxdur.
ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.