Rusiyanın ABŞ-dakı səfirliyində həyəcanlı anlar yaşanıb.
Bu barədə TASS məlumat yayıb.
Belə ki, naməlum bir qadın səfirliyə iki çamadan qoyaraq oranı tərk edib.
Diplomatik nümayəndəlikdən bildiriblər ki, əraziyə bomba ekspertləri və hüquq-mühafizə orqanları çağırılıb.
ABŞ məxfi xidməti həmin qadını axtarır.