Avropa İttifaqı (Aİ) Ukrayna üçün növbəti yardım paketini elan edib.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.
“İllik makromaliyyə yardımı paketi çərçivəsində bu gün biz Ukraynaya daha 1,5 milyard avro təqdim edirik.
Ukraynaya Rusiyanın təcavüzünə müqavimət göstərməyə, ölkənin institutlarını və infrastrukturunu işlək vəziyyətdə saxlamağa və mühüm islahatlar aparmağa kömək etməyə davam edəcəyik”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.