Moskvada Rusiya-Türkiyə-İran-Suriya dördtərəfli görüşü keçirilib
YENİLƏNİB, FOTO

Moskvada Rusiya Federasiyası, İran İslam Respublikası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının müdafiə nazirləri arasında dördtərəfli danışıqlar keçirilib.


APA xəbər verir ki, danışıqlar zamanı Suriya Ərəb Respublikasında təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması sahəsində əməli addımlar müzakirə edilib.


Terror təhdidlərinin bütün təzahürlərinə qarşı mübarizə, Suriyada bütün ekstremist qruplarla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.


Danışıqlardan sonra tərəflər Suriyanın ərazi bütövlüyünü qorumaq istəklərini, həmçinin suriyalı qaçqınların vətənlərinə tezliklə qayıtması üçün səylərin gücləndirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər.

Müdafiə nazirliklərinin rəhbərləri bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriya Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin zəruriliyini xüsusilə vurğulayıblar.


Həmçinin Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu iranlı suriyalı və türkiyəli həmkarları ilə ikitərəfli danışıqlar aparıb


Görüşlər zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən qlobal və regional təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müzakirə olunub.

**14:24

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidan Türkiyə-Rusiya-Suriya ilə İranın müdafiə nazirləri və kəşfiyyat rəisləri arasında keçiriləcək “dördlü toplantı”da iştirak etmək üçün Moskvaya gedib.


Vnukova hava limanında Akar və Fidanı daşıyan təyyarəni Rusiya rəsmiləri ilə yanaşı, Türkiyənin Moskva səfiri Mehmet Samsar və digər rəsmi şəxslər qarşılayıb.


Akar və Fidan Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri general-leytenant Əli Mahmud Abbas və İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə yanaşı, bu ölkələrin kəşfiyyat rəhbərlərinin də iştirak edəcəyi “dördlü toplantı”da iştirak edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.