Qazaxıstan bankları və şirkətləri Rusiyaya Qərbin ticarət və maliyyə məhdudiyyətlərindən yayınmağa kömək etdiklərinə görə ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qala bilərlər.
ABŞ maliyyə nazirinin müavini Elizabet Rozenberq bildirib.
Onun sözlərinə görə, risk həm Qazaxıstan, həm də ölkənin şirkətləri və bankları üçün artır.
O əlavə edib ki, ABŞ hakimiyyət orqanları riskləri, eləcə də Qərbin sanksiyalarından və ixraca nəzarətdən yayınmaqda Rusiyanın köməyindən yarana biləcək nəticələri aydın şəkildə göstərmək üçün Qazaxıstan hökuməti və ölkədəki özəl sektorun nümayəndələri ilə daimi əlaqə saxlayır.