Hindistanın Hərbi Dəniz Qüvvələri (Dəniz Qüvvələri) Rusiya və ABŞ-dan təxminən 200 milyon dollar dəyərində gəmi əleyhinə silahlar alacaq.
Bu barədə “The India Times” Hindistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir.
Mənbələrin məlumatına görə, Hindistan Hərbi Dəniz Qüvvələri Rusiyadan “Klub” sisteminin 20-dən çox gəmi əleyhinə qanadlı raketlərini, həmçinin ABŞ istehsalı olan “Harpun” gəmi əleyhinə raket kompleksi üçün avadanlıq almaq istəyir.
Məqalədə qeyd olunub ki, “Harpun” raket sisteminin alınması təxminən 80 milyon dollar dəyərində qiymətləndirilir.(AzVision.az)