Tehran Hüquq Məhkəməsi ABŞ-ın İrana təzminat ödəməsi barədə qərar çıxarıb.
ISNA xəbər verir ki, Tehran Hüquq Məhkəməsi ABŞ barədə 2017-ci ildə İŞİD-in İran parlamentinə və Xomeyninin məqbərəsinə etdiyi silahlı hadisənin qurbanlarının ailələrinə təzminat ödəməsi barədə hökm çıxarıb.
Qərara əsasən, ABŞ İrana ümumilikdə 312 milyon 950 min ABŞ dolları məbləğində təzminat ödəməlidir. ABŞ İrana mənəvi ziyana görə 104 milyon ABŞ dolları, maddi ziyana görə isə 199 milyon ABŞ dolları məbləğində təzminat ödəməlidir. Sözügedən terror hadisələrində ölənlərin ailə üzvlərinə isə 9 milyon 950 min ABŞ dolları verməlidir.
Eyni zamanda qərarda ABŞ-ın 9 fiziki və hüquqi şəxsi də təqsirləndirilib.
Bildirilib ki, məhkəmə iddiası sözügedən terror hadisələrində zərər çəkən 3 ölənin ailəsi və 6 veteran tərəfindən qaldırılıb.(APA)